Polşalı jurnalist, politoloq Yakub Koreyba Rusiya dövlət televiziyasında Rusiyanı şoka salan açıqlamalar verib.
“Vladimir Slovyovla axşam” proqramında Rusiyanın Su-27 bombardmançı təyyarəsinin Türkiyə tərəfindən vurulmasını şərh edən polşalı jurnalist Rusiyanın dövlət olmadığını və alçaldıldığını deyib.
O, “təyyarə böhranı”nda Rusiyanın Türkiyəyə uduzduğunu bildirib: “Bu və ya digər sammitdə yaxşı Olland və pis Obama, yaxşı generallar və pis Ərdoğan oyunu oynanılır. Əslində isə sizinlə oyun oynayırlar və siz də bunların hamısına gedirsiniz. Siz Suriyada Türkiyənin təsir zonasına daxil oldunuz və uduzdunuz. Buna da cavab olmadı. Sizə hər şeyi göstərib, sizi alçaltdılar”.