XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2015 - 07:17

ABŞ-dan dolların bahalaşacağı mesajı verildi – Azərbaycan iqtisadiyyatında nə baş verəcək?

iqtisadi-bohran-6.jpg

ABŞ-da Mərkəzi Bank funksiyasını yerinə yetirən ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin artırılması ilə bağlı  qərar verməkdə geciksə, bu, ölkə iqtisadiyyatının ressesiyasına (iqtisadi artımın müşahidə olunmaması, iqtisadiyyatın yerində sayması) səbəb ola bilər. 

Bu barədə dünən Vaşinqton İqtisadi Klubunda çıxışı zamanı FED rəhbəri Cannet Yellen deyib: “Biz nəzərə almalıyıq ki, normallaşma siyasətinin başlamasının gecikdirilməsi o demək olacaq ki, son nəticədə iqtisadiyyatın dəstəklənməsi üçün, böyük ehtimalla, siyasətin birdən-birə sərtləşməsinə getməli olacağıq. Bu cür qəfil sərtləşmə isə maliyyə bazarlarını dağıda bilər. Hətta iqtisadiyyatı ressesiyaya itələyə bilər”. 

FED rəhbəri qeyd edib ki, 2016-cı ildən sonra qarşıdakı illərdə ölkədə infilyasiyanın 2% çox olacağını gözləyirlər. Onun sözlərinə görə, xarici risklər ilin əvvəlindən azalmağa başlayıb. çində iqtisadi inkişafın zəifləməsi isə məhdud səviyyədə, mərhələlərlə baş verəcək.

Ekpsertlər, bütün dünyanın intizarla gözlədiyi bu açıqlamalardan sonra dekabr ayı ərzində FED-in uçot dərəcəsini, böyük ehtimalla, artıracağını proqnozlaşdırırlar.

İnkişaf etməkdə olan ölkələr üçün problemlər – İnvestisiyalar azalır

Xatırladaq ki, ABŞ 2008-ci ildə baş verən maliyyə-kredit böhranından sonra iqtisadi inkişafı sürətləndirmək üçün faiz dərəcəsini 0.25% həddində saxlmağa məcbur olmuşdu. 2006-cı ildən bəri FED-in dəyişmədiyi uçot dərəcəsi inkişaf etməkdə olan ölkələr üçün də müsbət faktor idi.  Qərb və ABŞ investisiyaları bu bazarlara yönəlmişdi və bu ölkələr investisiyalardan gəlirlərin əldə edilməsi baxımından cazibədar olmuşdu. ABŞ və bütün dünyada investorlar Amerika dövlət qiymətli kağızlarını almaqdansa, həvəslə maliyyəni Rusiya, Türkiyə, Brazilya, Malyziya, İndoneziya kimi inkişaf etməkdə olan ölkələrə yönəldirdilər.

Bu ilin əvvəlindən isə vəziyyət dəyişməyə başlayıb. Neftin və xammalın qiymətlərinin aşağı düşməsi bu ölkələrin iqtisadiyyatı üçün çox ciddi problemlər yaradıb. çində iqtisadi inkişafın proqnozlaşdırılan 9% aşağı artması qlobal müstəvidə investorların prioritetlərini dəyişib. İlin əvvəlindən başalayaraq investisiya fondları yenidən ənənəvi aktivlərə, ABŞ qiymətli kağızlarına, inkişaf etmiş ölkələrdəki aktivlərə üstünlük verməyə başlayıblar. Eyni zamanda, ilin əvvəlindən Şərqi Asiya ölkələrində, çində, Türkiyədə, Brazilyada,  Rusiya və MDB ölkələrinin, demək olar ki, hamısında milli valyutalar devalvasiyaya məruz qalıblar. Avropa İttifaqı ölkələrinin çoxu (İtaliya, Fransa da daxil olmaqla) ressesiyanın bir addımlığında durublar.

Bu il oktyabrın əvvəlində Beynəlxalq Valyuta Fondu qlobal üDM-in artım prqonozunu 3.3%-dən 3.1% endirib. Dünyadakı neft-qaz şirkətləri ilin əvvəlindən bu yana investisiyaları 200 mlrd. dollar azaldıblar. Növbəti ildə də bütün dünyada neft-qaz sektoruna investisiyaların 3-8% azala biləcəyi prqonozlşadırılır.

Bütün bunlar yaxın perspektivdə dünya iqtisadiyyatının yeni, daha təhlükəli çağrışlarla üzləşəcəyini söyləməyə əsas verir.  Xüsusən inkişaf etməkdə olan ölkələr və təbii ehtiyatlar hesabına iqtisadi inkişafı təmin edən ölkələr üçün daha çətin dövrlər başlaya bilər. Bu sırada Azərbaycan da istisna deyil.

Azərbaycanda nə baş verir?

ötən ilin sentyabrından etibarən neftin qiymətinin aşağı düşməsini nəzərəçarpacaq dərəcədə hiss etməyə başlayan Azərbaycan bu il fevralın 21-də milli valyutanın devalvasiyasına getməyə məcbur oldu. Manat ABŞ dollarına nisbətən 35% ucuzlaşdı.  Noyabr ayı ilə bağlı Mərkəzi Bankın açıqladığı statistika növbəti ilin əvvəlində yeni devalvasiya gözləntisinin real olmasından xəbər verir. Belə ki, 2015-ci ilin 30 sentyabr tarixinə ölkənin rəsmi valyuta ehtiyatı 7014,7 milyon dollar, 30 oktyabra 6834,6 milyon dollar, 30 noyabr tarixinə isə 6245,6 milyon dollar təşkil edib.

Beləliklə, sentyabr-oktyabr aylarında azalma 180,1 milyon manat idisə, oktyabr-noyabr aylarında bu azalma 589 milyon manat olub. 

Azərbaycanın valyuta ehtiyatları sürətlə azalır və hökumət müvafiq addımlar atamaq məcburiyyətində qalacaq. Belə ki, 2015-ci ilin 30 sentyabr tarixinə ölkənin rəsmi valyuta ehtiyatı 7014,7 milyon dollar, 30 oktyabra 6834,6 milyon dollar, 30 noyabr tarixinə isə 6245,6 milyon dollar təşkil edib.

Nəticədə, sentyabr-oktyabr aylarında azalma 180,1 milyon manat idisə, oktyabr-noyabr aylarında bu azalma 589 milyon manat olub.  

Azərbaycan iqtisadiyyatında geriləmənin nəzərəçarpacaq həddə olduğunu statistik rəqəmlər də təsdiqləyir.

1 noyabr 2015-ci il tarixinə vergi ödəyicilərinin dövlət büdcəsinə olan vergi borcları 1 milyard 368 milyon manat olub. 2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 17 milyard 205 milyon 907.97 min ABŞ dolları təşkil edib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 35.21% və ya 9,3 milyard dollar azdır. Keçən ilin 10 ayında Azərbaycanın ixracı 26 milyard 556 milyon 794.81 min ABŞ dolları idi.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin 10 ayı ərzində Azərbaycanın xam neft satışından gəliri 7 milyard 589 milyon 61 min dollar olub. Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 8 milyard 706 milyon dollar və ya 53,4% azdır. 2014-cü ilin 10 ayında xam neft satışı 16 milyard 295 milyon manat olmuşdu.

İxrac səviyyəsi 49 faizə düşüb. Bu göstərici MDB ölkələri üzrə 43 faiz, Avropa İttifaqı ölkələri üzrə 44 faiz, digər ölkələr üzrə 57 faiz enib. Xam neft və neft məhsullarının xaricə satışından gəlirlər 53 faiz azalıb.

2015-ci ilin 9 ayının yekunu üzrə Azərbaycan dövlət büdcəsinin kəsiri 92,1 milyon manat (üDM-in 0,2 faizi) təşkil edib. Halbuki ötən ilin analoji dövründə büdcə 1,38 milyard manat profisitlə icra edilmişdi. 

Bundan başqa iş yerlərinin bağlanması, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi müşahidə olunur.

2016-cı ildə isə Azərbaycan iqtisadiyyatında mənfi tendensiyaların daha da güclənəcəyi gözlənilir. 

2016-cı ildə icmal büdcə
nin gəlirləri 16720.1 milyon manat nəzərdə tutulub. Bu 2015-ci ilin budcə gəlirlərindən 19.9% azdır. Vergilər Nazirliyinin xətti ilə 6 milyard 602 milyon manat cəlb ediləcəyi nəzərdə tutulub. Bunun 27,1% neft sektorunun payına düşəcək. Neft Fondunan isə transfert 6 milyard dollar nəzərdə tutulub. Ekspertlərin fikirincə, proqnoz səviyyəsində büdcə gəlirlərinin təmin edilməsi 2016-cı ildə çox çətin olacaq. Bunun kompensasiya etmək üçün Neft Fondundan köçürmələrin həcmi arta bilər. Neft Fondunun gəlirləri da davamlı azalmaqda davam edir.

Ekspertlər hesab edirlər ki, neftin dünya bazarlarında qiymətinin indikindən (1 barrelə görə 47-50 dollar)  3-4 dollar aşağı düşməsi belə, çox böyük problemlər yaradacaq.

ABŞ-da baza uçot dərəcəsinin artırılması isə manata təzyiqi gücləndirəcək və hökumət “üzən məzənnə” syasətinə getməli olacaq. Həmçinin, dövlət xərcləri 15-20% səviyyəsində azaldıla bilər.

çıxış yolu kimi, iqtisadiyyatın liberallaşdırılması, gömrük rejiminin liberallaşdırılması, kreditləşmə siyasətinə yenidən baxılması, investisiya mühitinin yaxşılaşdırılması,  inhisarçılığın aradan qaldırılması, hökumətin daxili investisiyaları təşviq edən addımlar atması, sektoral dəstək proqramlarının hazırlanmasının vacibliyi qeyd olunur.

Yaxın gələcəkdə dolların bahalaşması investisiya mühiti ilə bağlı yeni tələblər qoyacaq. İnvestorlar investisiya cəlbediciliyi amillərinə çox diqqətlə fikir verəcəklər.  Azərbaycanda isə bu istiqamətdə hələ çox görülməli iş var.

Ekspertlərin fikirincə, növbəti ilin əvvəlindən “üzən məzənnə” siyasətinin tətbiqi ilə paralel olaraq hökumət iqtisadi artımın stimullaşdırılması planlarını da təqdim edə bilər. çünki əks halda böhranın təsirləri çox geniş miqyas ala bilər…

Zaur İbrahimli

Strateq.az