XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2015 - 10:58

Putin Ərdoğanı hədələdi: “Pomidorla canını qurtara bilməyəcək, nə etdiyini ona hələ çox xatırladacağıq”

putin erdoqan pom.jpg

Rusiya prezidenti Vladimir Putin təyyarə insidentinə görə Türkiyə hökumətinin ünvanına növbəti dəfə sərt ittihamlar səsləndirib.

Xarici mətbuata istinadən strateq.az xəbər verir ki, Putin bu addımına görə Türkiyənin hələ çox peşman olacağını bildirib.

«Kimlərin öz ciblərini doldurduğunu yaxşı bilirik” 

Türkiyə hökumətinin İŞİD-lə neft biznesi qurduğunu bir daha dilə gətirən Putin bu barədə iddialarının konkret faktlara söykəndiyini bildirib:

«Türkiyədə kimlərin öz ciblərini doldurduğunu və terrorçulara pul qazanmaq üçün şərait yaratdığını yaxşı bilirik. Türk milləti mehriban, zəhmətkeş və istedadlıdır. Türkiyədə bizim köhnə və etibarlı dostlarımız var. Biz onlarla bu gün iqtidarda olan və hərbiçilərimizin ölümünə görə məsuliyyət daşıyanları bir tutmuruq».

“Canlarını tək pomidorla qurtarmayacaqlar” 

Putin bildirib ki, Rusiya bu insidentə görə silaha əl atmayacaq. Amma Türkiyə də tək pomidorlarla (sanksiyaları nəzərdə tutur-red:) canını qurtarmayacaq:

«Bizdən əsəbi, isterik, Rusiyaya və bütün dünyaya təhlükə yaradacaq reaksiya görməyəcəklər. Addımlarımıza görə ölkəmiz və xalqımız qarşısında məsuliyyət daşıyırıq. Silaha əl atmırıq və bu barədə düşünmürük. Amma kimsə düşünürsə ki, bu alçaq cinayəti törətməklə – adamlarımızı öldürməklə canını tək pomidorla qurtaracaq, dərindən yanılır. çox peşman olacaqlar. Nə edəcəyimizi yaxşı bilirik. Başa düşə bilmirəm, onlar bu addımı niyə atdılar. Bütün problemləri ənənəvi yolla həll etmək mümkün idi. Ən həssas məsələlərlə bağlı ünsiyyətə hazır idik. Türkiyə hökumətinin niyə belə etdiyini bir Allah bilir. Görünür, ağıl və məntiqdən məhrum etməklə Allah onları cəzalandırıb».