XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 December 2015 - 11:05

Şeyxdən Nardaran hadisələrinə dair açıqlama: “Bu məsələnin həllində biz aciz qaldıq”

 

seyx hemdani.jpg

“Nardaranda baş verənlər bizi məyus etdi. Hadisələr zamanı biz müraciət yaydıq. Baş verənlərin dinə aidiyyəti yoxdur. Bu, dövlət çevrilişinə cəhd, terrordur. Biz bunu qəti şəkildə pisləyirik”.

apa.az-a istinadən strateq.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə deyib. 

O qeyd edib ki, Azərbaycanda dövlət din üçün hər cür şərait yaradıb: “Kim Taleh Bağırzadə kimilərinin yanında olacaqsa, bu, nankorluqdur, dövlətə, dövlət başçısına qarşı olmaq deməkdir. Nardaranda bəzi dindarlar, ağsaqqallar var. Bir qrup adam onların inamından istifadə edib. O adamlar nardaranlı deyil. Ulu öndərin vaxtında Nardaranda 40-a yaxın insanın həbsdən buraxılması, ziyarətgahın bərpa edilməsində rolumuz oldu. Bir növ sülh yarada bildik. Heyfislənirəm ki, bu məsələ sonradan həllini tapa bilmədi. Artıq bir neçə gündür, güc yolu ilə həll olunur. Bu, düzgün qərardır. Bu məsələnin həllində biz aciz qaldıq”.

Şeyx hadisə ilə bağlı maraqlı açıqlama verib. Onun sözlərinə görə, Nardaranda baş verənlərin kökü başqa yerlərə gedib çıxır.

“Bunların kökü xaricdən gəlir. Xaric deyəndə bəziləri qonşuluqdakı dövlətləri nəzərdə tutur. Lakin nə Türkiyə, nə də İran Azərbaycanda iğtişaşın tərəfdarıdır. İran Azərbaycanda sülh olmasını istəyir”.

O bildirib ki, Azərbaycanın düşməni Ermənistandır: “Ola bilsin ki, onlar da burada iğtişaş törətmək istəsinlər. Saxlanılan şəxslərin bədənlərində olan rəmzlər erməniliyin simvoludur”.

A.Paşazadə qeyd edib ki, Taleh Bağırzadənin çıxışlarında insanları ancaq dövlət çevrilişinə səsləmək olub:“Onun çıxışlarında İmam Hüseynin adı çəkilmirdi. Biz dindarlar prezidentimizin siyasətini bəyənirik. Daxili İşlər naziri Ramil Usubovla, başqa dövlət adamları ilə danışmışam. Onlar bizə arxalanırlar. Onlar bilirlər ki, bizim adamlarımızın Taleh Bağırzadə ilə əlaqəsi ola bilməz. Gələcəkdə bu cür hadisələrdə ayıq-sayıq olmalıyıq. Bu, bizim borcumuzdur”.

Şeyxülislam onu da qeyd edib ki, dinin özünə qarşı getməyin də tərəfdarı deyil:

“Burada əqidə sahibləri var. Onların qəlbinə  toxunmaq olmaz”.