XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 08:36

Sərhədçilər Milli Şuranın üzvünü İrana buraxmayıb – Eldəniz Quliyevə qadağa

 

eldeniz.JPG

Kinorejissor Eldəniz Quliyev dekabrın  3-də Astara polis məntəqəsində yerli sərhədçilər tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Bu barədə E.Quliyev özü məlumat verib. O, həm müalicə, həm də beynəlxalq kinofestivalda iştirak etmək üçün İrana gedirmiş. Ona bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi ölkədən çıxışına qadağa qoyub. Qadağanın səbəbləri aydınlaşdırımayıb. 8 saatlıq saxlanmadan sonra E.Quliyevi buraxıblar. (“Turan”)

E.Quliyev ölkədən çıxışına qadağa qoyulmasını qanunsuz hesab edir. O qeyd edib ki, DİN rəhəri Ramil Usubovun iddiası ilə məhkəmənin ona təyin etdiyi cəzanı tam yerinə yetirib və Ədliyyə Nazirliyi xaricə getməyə qadağanı götürüb.

E.Quliyev hesab edir ki, ona siyasi fəaliyyətinə – Demokratik Qüvvələrin Milli Şurasında iştirakına və hakimiyyəti tənqid etdiyinə görə təzyiq göstərilir.

O, Nəsimi polisindən açıqlama tələb etmək niyyətindədir.