XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

12 İyul 2017 - 18:05

Ərdoğan:"Biz millətimizə terror qalmayanadək mübarizə aparacağımızı söz vermişik"

"2016-cı ilin iyulun 15-də baş verən dövlət çevirilişinə cəhd fəlakət idi. Bunu edənlər lənətlənməlidir. Hadisə zamanı xeyli vətəndaşımız şəhid oldu. Şəhid ölməz. Onları hörmət və ehtiramla anırıq".

"Report"un əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən "Milli iradənin zəfəri: Tarixə düşən qeyd" adlı konfransda deyib.

Prezident bildirib ki, iyulun 15-də "15 iyul" abidəsinin açılışı olacaq: "Həmin gün tarixi gündür. 15 iyul zəfər günüdür. Amma hələ də bunu anlamayanlar var. Həmin qatillərin sırasında ana müxalifət partiyasının rəhbəri dayanır. "Ədalət" şüarı ilə aksiya keçirir, amma bu sözdə ədalətdir, əməldə deyil. Biz millətimizə terror qalmayanadək mübarizə aparacağımızı söz vermişik".