XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 08:59

Deputatdan Baş Prokurorluğa ciddi ittiham: “MTN ətrafında baş verən hadisələrdən niyə xəbərləri olmayıb?”

 

zahid oruc.jpg

Deputat Zahid Oruc Baş Prokurorluğun nəzdindəki təhlükəsizlik orqanlarına nəzarət edən qurumun fəaliyyətini, Milli Təhlükəsizlik Nazirliyi (MTN) olayları fonunda kəskin tənqid edib.

Deputat bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında danışıb.

O qeyd edib ki, parlamentin hansısa güc strukturlarına, hüquq-mühafizə orqanlarına nəzarət etmək funskiyası yoxdur: “Ancaq Baş Prokurorluqda təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurum var. Bu qurum, görəsən, indiyə qədər hansı fəaliyyətlə məşğul olub? O, görəsən zamanında MTN ətrafında baş verən hadisələri bilibmi? Ona nəzarət edibmi? Əslində bu qurumun bir fəaliyyəti də elə bundan ibarət olmalıdır. ümumiyyətlə, bir çox nazirliklərin təhlükəsizlik, istintaq qurumları da var. Artıq zaman gəlib ki, həmin qurumlar ləğv edilsin”.