XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 13:07

Ceb Buş 1988-ci ildə Ermənistana nə üçün gəlib? Katalikosla görüş və kilsədə dua – FOTOLAR

 

bus ermenistan.jpg

ABŞ-ın sabiq prezidenti Corc Buşun oğlu, Respublikaçılar partiyasından prezidentliyə namizəd olan Ceb Buş 1988-ci ildə Ermənistan SSRİ-də səfərdə olub.

Strateq.az bildirir ki, o zaman 35 yaşı olan Ceb Buş 12 yaşlı oğlu ilə birgə Spitak zəlzələsi zamanı Ermənistana humanitar yardım gətirib.

Buş o zaman mülkiyyət biznesi ilə məşğul olurdu.

C. Buşu bu səfərdə müşayət etmiş SSRİ XİN-in əməkdaşı Levon Şaxzadeyan bildirib ki, Buş ABŞ-ın  “AmeriCares” təşkilatının göndərdiyi  xeyriyyə yardımını müşayət edib. Təşkilatla birgə Ermənistana gələn Ceb Buş zəlzələ nəticəsində xəsarət alanlara yardım paylayıb.  Onun SSRİ-yə səfərini atası, ABŞ prezidenti Corc Buş təklif edib.  

bus02.jpg

Spitakdan sonra Ceb Buş Eçmədzinə gedərək, erməni Katalikosu ilə görüşüb. Daha sonra kilsədə dua edib.

Bundan sonra Yerevana qayıdan Ceb Buş burada Ermənistan Kommunist Partiyasının birinci katibi Aratunyan, xarici işlər naziri Mkrtıçyan ilə görüşüb.

Dekabrın 26-da Ceb Buş və oğlu Yerevanı tərk edib.

Qeyd edək ki, Respublikaçılar partiyası Florida ştatının keçmiş qubernatoru olmuş Ceb Buşun prezidentliyə namizədliyini irəli sürüb.

X.SƏFƏROĞLU 

bus04.jpg

 

bus03.jpg