XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 14:14

Tbilisidən ekzotik təklif: “Moskva, Bakı və Yerevanla birgə vahid enerji şəbəkəsi yaradılsın”

 

kaladze enerji.jpg

Gürcüstanın energetika naziri Kaxa Kaladze Cənubi Qafqaz dövlətləri və Rusiyanın iştirakı ilə vahid regional enerji şəbəkəsinin yaradılmasını təklif edib.

Strateq.az bildirir ki, Kaladze Ermənistan, Gürcüstan, Azərbaycan və Rusiyanın birləşəcəyi şəbəkə ilə bağlı ekzotik təklifi Tbilisidə keçirilən Enerji Xartiyası Forumunda səsləndirib.  

“Gürcüstan regionda enerji əməkdaşlığının flaqmanı kimi çıxış edir. Bizim əsas məqsədimiz oldur ki, enerji mübadiləsi hesabına regional əməkdaşlığı möhkəmləndirək. Bununla da hədəfimiz böyük həcmdə olan investisiyaları və nəqiyyat dəhlizini genişləndirəcək siyasi dialoqun yaranmasında vasitəçilik etməkdir“.

O qeyd edib ki, SSRİ-nin suqutundan sonra Cənubi Qafqazın yeni dövlətləri iqtisadi və sosial sektorda eniş edib. Bu isə enerji sahəsində özünü daha çox göstərib.

Kaladze Rusiya ilə yaradılacaq enerji şəbəkəsini “məntiqi nəticə” adlandırıb.  

“Bu gün Gürcüstanı Azərbaycanla birləşdirəcək LEP-500-ün tikintisi yekunlaşıb. Eyni zamanda Gürcüstanla Rusiya arasında olan LEP-500-ü reabilitasiya edib. Tezliklə Ermənistanla olacaq LEP-500 –ü istifadəyə verəcək”, – deyə Kaladze vurğulayıb.

Qeyd edək ki, Kaladze bu romantik təklifi səsləndirərkən, regionda mövcud olan siyasi problemləri xatırlatmayıb. Söhbət Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin taleyindən gedir. Problemin həll olunmadığı bir halda Kaladze vahid Bakı–Yerevan enerji şəbəkəsini necə təsəvvür edir? Eks-futbolçu bu barədə nədənsə susmağa üstünlük verib.

X. SƏFƏRLİ

Strateq.az