XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

14 İyul 2017 - 15:53

Avropa Liqasında üçüncü təsnifat mərhələsininpüşkü atılıb

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, püşkatmanın nəticəsinə əsasən turnirdə "Qəbələ", "İnter" və "Zirə”nin potensial rəqibləri müəyyənləşib.

Belə ki, əgər "Qəbələ" II mərhələni keçsə, növbəti mərhələdə "Panatinaikos"la (Yunanıstan) qarşılaşacaq. İlk oyun səfərdə baş tutacaq. Qəbələ İİ mərhələnin ilk matçında "Yagelloniya" (Polşa) 1-1 oynayıb.

"İnter" II mərhələni adlayacağı təqdirdə üçüncü mərhələd "Östersund" (İsveç) – "Qalatasaray" (Türkiyə) cütlüyünün qalibi ilə qarşılaşacaq. "İnter" II mərhələdə ilk matçda "Fola"nı (Lüksemburq) 1:0 hesabı ilə üstələyib. "Qalatasaray" isə səfərdə İsveç təmsilçisinə 2-0 məğlub olub.

Azərbaycanın digər təmsilçisi "Zirə" üçüncü mərhələyə keçəcəyi təqdirdə Ukraynanın "Aleksandriya" klubu ilə qarşılacaq. "Zirə" ikinci mərhələnin ilk matçında "Astra"ya (Rumıniya) 3-1 məğlub olub

Qeyd edək ki, Avropa Liqasının 3-cü mərhələsində ilk oyunlar iyulun 27-i, ikinci oyunlar isə avqustun 3-ü keçiriləcək.