XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

05 Dekabr 2015 - 05:05

Cahangir Hacıyev də qandallandı – Beynəlxalq Bankın sabiq rəhbəri dünən gecə saxlanılıb

canagirhaciyev-1.jpg

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev, nəhayət, həbs edilib.

Strateq.az xəbər verir ki, maliyyə xəyanətində suçlanan Cahangir Hacıyev dünən gecə saatlarında DİN-in müvafiq qurumlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində,  müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların “çirkli pullar”ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur…

Xatırladaq ki, Canahgir Hacıyev həm də 17 oktyabrda vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır. İndiyədək onun bir neçə dəfə həbs olunduğu xəbəri yayılsa da, məlumatlar öz təsdiqini tapmamışdı.

***

Qeyd edək ki, günortadan sonra DİN-in mətbuat xidməti Cahangir Hacıyevin saxlanması xəbərini təsdiqləyib. 

Nərimanov rayon Məhkəməsinin qərarıyla, ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2 (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan olunub.

Cahangir Hacıyev hazırda BMCMİ-nin istintaq təcridxanasında saxlanılır.

strateq.az