XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2015 - 12:38

Milli Məclisin qarşısına etiraz aksiyası təyin olundu: Deputatın mandatının alınması tələb ediləcək

 

AI aksiyasa.jpg

Dekabrın 8-də Milli Məclisin qarşısına Məhəmməd Əmin Rəsulzadəni təhqir edən deputat Naqif Həmzəyevin mandatdan məhrum edilməsi tələbi ilə etiraz aksiyası təyin olunub.

Strateq.az bildirir ki, bununla bağlı təşkilat komitəsi bəyanat yayıb. Bəyanatda deyilir ki, keçiriləcək aksiyada hər hansı bir təxribat xarakterli hərəkətlər olmayacaq, dövlətçiliyimiz, müstəqilliyimiz və ərazi bütövlüyümüz əleyhinə xələl gətirəcək hər hansı bir şüar səslənməyəcək: 

“Aksiyanın məqsədi şərqdə, islam aləmində ilk demokratik cümhuriyyətin banisi, dahi şəxsiyyətimiz M.Ə. Rəsulzadəni təhqir edən, ona qarşı alçaldıcı sözlər işlədən deputat Naqif Həmzəyevin mandatdan məhrum edilməsi tələbidir.”

Aksiyanın 8 dekabr saat 14:00-da Milli Məclisin qarşısında keçirilməsi, aksiyadan sonra isə Şəhidlər Xiyabanı və türk əsgərlərinin şərəfinə ucaldılmış şəhidlik abidəsinin ziyarət edilməsi nəzərdə tutulur.