XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2015 - 18:57

Rus əsgəri İstanbul boğazında raket qaldırdı – Nazir “təxribat” dedi (FOTO, VİDEO)

Türkiyənin İstanbul boğazından keçən Rusiya gəmisində olan əsgər təxribat xarakterli hərəkətə yol verib.  

ANS-in verdiyi məlumata görə, gəmi boğazdan keçərkən bir Rusiya əsgəri çiynində raketlə görünüb.  

Raketin istiqaməti dənizin sahilinə tərəf olub. Hadisə baş verdiyi vaxt ərazidə olan gəmi gözətçiləri Yörük İşık və Alpər Boler çiynində raket olan əsgərin şəklini çəkiblər. 

“Kunikov” adlı gəmi Rusiyanın Qara dəniz donanmasına aid olub.

Hadisə dekabrın 4-də baş versə də, şəkillər bu gün sosial şəbəkələrdə paylaşılıb.  

Gəminin hansı istiqamətdə üzdüyü barədə məlumat verilməyib. Boğazdakı sərnişinlər bildiriblər ki, Rusiya əsgərləri sərnişin gəmisini görən kimi raketi yuxarı qaldırıblar.  

Türkiyənin Xarici İşlər naziri Mövlud çavuşoğlu bildirib ki, Rusiya ilə qırıcı qalmaqalının davam etdiyi bir vaxtda əsgərlərin bu addımı təxribatdır:

“İstər Rusiya, istərsə də digər dövlətlərin gəmilərinin boğazlardan necə keçəcəyi barədə qanunlar məlumdur. Heç bir dövlətin boğazlardan keçməsi təhlükə yaratmır. Bütün gəmilər müqavilə əsasında boğazlarda hərəkət edə bilər. Amma Rusiya əsgərlərinin bu hərəkətləri təxribatdır”.