XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 04:45

Fransada prezident partiyası uduzdu – Ultra-sağçılar önə çıxdı

Marin-Li-Pen.jpg

 

 

 

 

 

 

 

 

Ekzit-polun nəticələrinə görə, Fransada dünən baş tutan regional seçkilərin 1-ci turunda 13 regiondan 6-da Marin Li Penin rəhbərlik etdiyi ultra-sağçı  Milli Cəbhə Partiyası liderlik edir.

İlkin məlumatlara görə, sağçı  Milli Cəbhə Partiyası səslərin üçdə birini əldə edə bilər.

Bu, 13 noyabrda Parisdə törədilən və 130 nəfərin ölümü ilə nəticələnən faicəli terror aktlarından sonra keçirilən ilk seçkilərdir.

Regional seçkilər hazırkı sosialistlərin rəhbərlik etdiyi Fransa hökumətinə etimad səviyyəsini və onun təhlükəsizlik, miqrasiya siyasətinə ictimai dəstəyi ölçməyə imkan verən çox mühüm meyar kimi qiymətləndirilir.

Fransanın Baş naziri Manuel Vals sosialistləri dəstəkləmək məqsədilə ötən həftə xalqa müraciət edərək, vətənpərvərlik nümayiş etdirməyə çağırmışdı.

Seçkilərdə ikinci yerdə eks-prezident Nikola Sarkozinin rəhbərlik etdiyi respublikaçılar gəlir. Onlar 4 regionda liderlik edirlər və səslərin 27%-ni qazanıblar. Sarkozi bildirib ki, bu nəticələr dəyişikliklər arzulayan fransızların yeni siqnalıdır: “Onların səsini eşitmək və anlamaq lazımdır.”

Sarkozinin sözlərinə görə,  respublikaçılar seçkilərin ikinci turunda Milli Cəbhə Partiyası ilə mübarizədə sol partiyalar və sosialistlərlə ittifaqa girmək niyyətində deyil.

Prezident Fransua Ollandın partiyası isə 3-cü yeri tutub. Sosialistlər səslərin 23%-ni əldə ediblər. 2010-ci ildə sosialistlər 27 regiondan 24-də qalib gəlmişdilər. Hazırda onlar 3 regionda liderlik edirlər.

Fransada regional seçkilər 5 ildən bir 2 turda keçirilir. İkinci turda qalibiyyət üçün sadə səs çoxluğu tələb olunur.

Seçkilərin ikinci turu dekabrın 13-də baş tutacaq. Bu seçkilər 2017-ci ildə keçiriləcək parlamant və prezident seçkilərinin “əsas məşqi” sayılır.

Ekseprtlərin fikirincə, Milli Cəbhə Partiyası ikinci turda da bu nəticələri saxlaya bilsə, onda bu, bütün Avropa üçün həyəcan siqnalı olacaq. Onsuz da Marin Li Peninin qələbəsi son illər millətçilik meyllərinin gücləndiyi Avropada çox böyük “siyasi fırtınalar” və “domino effekti” yarada bilər.

Strateq.az