XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 December 2015 - 05:11

Ermənistanda referendumun nəticələri açıqlandı – Sərkisyan üçün yol açıldı

Ermenistanda-etiraz-11.jpg

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Konstitusiya dəyişiklikləri ilə bağlı  dünən ölkədə baş tutan referendumun nəticələri haqda ilkin məlumat açıqlayıb. MSK bildirib ki, 1997 seçki məntəqəsində səslərin sayılmasından sonra referendumda səs verənlərin 63.35%-nin Konstitusiya dəsyişikliklərini dəstəklədiyi məlum olub.

MSK-nın məlumatına görə, referendumda seçicilərin 50.51%-i iştirak edib. Bu, referendumun baş tutması deməkdir. Bələ ki, Konstitusiya dəyişikliklərini ümumi seçicilərin 32%-i dəstəkləyib. Qanunvericiliyə görə, Konstitusiya dəyişikliyi üçün seçicilərin 25 faizi lehinə səs verməlidir.

Dünəndən etibarən isə Ermənistan müxalifəti Yerevanda etiraz aksiyalarına başlayıb. Müxalifət bəyan edir ki, əksər seçicilər dəyişikliklərə yox deyiblər, MSK isə seçkilərin nəticələrini saxtalaşdırıb.

Müxalifət partiyaları bildirir ki, parlamentli respublika modelinə keçid ilk növbədə indiki prezident Serj Sarkisyan üçün sərfəlidir. Belə ki, o, 2018-ci ildə yenidən prezidentliyə namizəd ola bilməz. Konstitusiya dəyişiklikləri isə ona Baş nazir kimi yenidən hakimiyyətdə qalmağa imkan verəcək. Konstitusiya dəyişikliklərindən sonra isə Baş nazir faktiki olaraq ölkədə birinci vəzifəli şəxsə çevrilir.

Strateq.az