XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 06:57

Cavid Qurbanov: “Qiymətlər sahibkarın marağına zidd olub”

cavid-qurbanov-1.jpg

Rusiya-Türkiyə münasibətləri mövzusu “Hesabat”da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla da müzakirə edilib. 

– Konkret olaraq Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən sonra yük daşımaların həyata keçirilməsi baxımından nə qədər artım var? 

– Artım dəmir yolunda hiss olunmur. Qeyd edim ki, bir müddət əvvəl Rusiya sərhəddində Türkiyəyə məxsus yük avtomobilləri ilə bağlı gərginlik yaranmışdı. Artıq Azərbaycan tərəfindən bu yüklərin daşınması üçün lazımi şərait yaradılıb. Cənab prezidentin göstərişi ilə bu məsələyə Tarif Şurasında da baxılıb və 40 faiz endirim edilib. Eyni zamanda gəmiçilik sahəsində də qiymətlərdə endirimlər edilib. Bəzi maneələr ortadan qaldırılıb. Bu isə öz növbəsində həm Türkiyə, həm Azərbaycan, həm də Orta Asiyada yaşayan iş adamları üçün yeni bir şəraitin yaranması, eləcə də yeni yüklərin bura cəlb olunması deməkdir. Əlbəttə ki, bu dəmir yolu ilə yüklərin daşınmasında da bu müsbət bir rol oynayacaq. Artıq tırların Poti və Batumidən qatarlar vasitəsilə daşınmasına çalışacayıq. Bu, yolların tez bir zamanda dağılmasının qarşını almaqla yanaşı, həm ekoloji, həm də yüklərin ucuz qiymətə və tez bir zamanda mənzil başına çatmasına yol açır. Artıq biz bununla bağlı iş aparırıq. Yaxın vaxtlarda bunu reallaşdıracayıq.

– 40 faiz endirim edildiyini dediniz. Bu 40 faiz yalnız Türkiyə tırları ilə bağlıdır, yoxsa ümumiyyətlə, hamıya aiddir?

– Burada söhbət Azərbaycan üzərindən keçən avtomobil yüklərinin daşınmasından gedir. Amma dəmir yolları, gəmiçilik və limanlar öz tariflərini müəyyənləşdirirlər. Müəyyən bir hədd var ki, ondan yuxarı ola bilməz. Yüklərin cəlb olunması istiqamətində meyl bir qədər artırılıb. Artıq bu yol vasitəsilə yüklərin daşınması bir çoxları üçün sərfəlidir. Bu yoldan istifadə edənlərin sayı tədricən artmağa başlayıb. 

Daha ətraflı video-reportajda baxa bilərsiniz.