XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2015 - 08:40

Neft yatağındakı yanğınla bağlı – səhlənkarlıq maddəsi ilə cinayət işi açıldı

gunesli yanqin.jpg

“Neft Daşları”nda baş verən qəza ilə bağlı cinayət işi başlanıb.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dekabrın 4-də “Neft Daşları” NQçİ-nin 501 nömrəli özülündə baş verən qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 4-də “Neft Daşları” NQçİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları – 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar.

 Dənizdə operativ axtarış işlərinə başlanılıb. İtkin düşənlər hələ tapılmayıb.