XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 10:11

Qarabağ separatçıları ABŞ Konqresinə dəvət olundu

mirzoyan.jpg

Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyan dekabrın 6-da ABŞ-a səfərə gedib.

Strateq.az bildirir ki, səfər çərçivəsində Mirzoyan ABŞ Konqresində çıxış edəcək. Qeyd edək ki, ABŞ Konqresində “Artsaxın müstəqilliyi” ilə bağlı tədbir keçiriləcək. Mirzoyanın həmçinin bir sıra ABŞ konqresmenlərİ ilə görüşü planlaşdırılıb.  

Xatırladaq ki, ABŞ Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi üçün təşkil olunmuş ATƏT-in Minsk Qrupunun həmsədridir. Amerika bununla əlaqadar problemlə bağlı bitərəf mövqe nümayiş etdirməyə borcludur. Separatçı Mirzoyanın Konqresin tribunasına buraxılması isə ABŞ-ın vəd etdiyi ədalətli yanaşma və sülhməramlı missiya ilə üst-üstə düşmür.   

X. Səfəroğlu