XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 December 2015 - 10:30

Avropa Parlamentindən şok məruzə: “Terror törətmək üçün Avropaya kimyəvi və nüvə maddələri gətirilib”

avropa terror.jpg

“Terrorçular tərəfindən terror törətmək üçün Avropa İttifaqının ərazisinə kimyəvi, bioloji və nüvə maddələri gətirilib”.

Strateq.az  “Daily Star”-a istinadən bildirir ki, bu barədə Avropa Parlamentinin məruzəsində açıqlanıb.

“Biz Avropada çox fəal işləyən ciddi və yaxşı təchiz olunmuş beynəlxaq terror təşkilatı ilə üz-üzə qalmışıq. Bu, Avropanın son 10 ildə rastlaşdığı ən ciddi terror təhlükəsidir”- deyə Avropa İttifaqının hüquq-mühafizə orqanı olan “Evropol”un başçısı Rob Ueynrayt bəyan edib.

Məruzədə həmçinin vurğulanır ki, Avropada terrora rəğbəti olan böyük miqdarda insanlar yaşayır: “Bu da Avropa İttifaqında terror hucumu ehtimalını daha da artırır”.

Xatırladaq ki, Avropa Parlamentinin bu məruzəsi Parisdəki 13 noyabr terrorundan sonra hazırlanıb.

X. Səfəroğlu 

Strateq.az