XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 11:15

Rusiya Xəzərdə hərbi təlimlərə başladı: Bu, Azərbaycana və Türkiyəyə göz dağıdırmı?

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başlayıb.

Strateq.az xəbər verir ki, təlimlərdə 50-dən artıq gəmi iştirak edir. Onların arasında “Tatarıstan”, “Dağıstan” adlı uzunmənzilli və “Qrad Sviyajsk”, “Ugliç”, “Volqodonsk”, “Mahaçkala”, “Astraxan” adlı qısamənzilli raket və topatan gəmilər də var.

Qeyd edək ki, bir müddət əvvəl Suriyaya raket atan gəmilər də təlimlərə qatılıb.

Ekspertlərə görə, Rusiya bu təlimlərlə əslində Türkiyə və Azərbaycana göz dağı vermək istəyir.  Şimal qonşumuzla münasibətləri korlanan qardaş ölkənin baş nazirinin Azərbaycana səfərindən sonra bu cür güc nümayişi gözlənilən idi.

Xatırladaq ki, Türkiyə öz qaz ehtiyacının 55%-ni Rusiyadan alır. İki ölkə arasında münasibətlər gərginləşəndən sonra Ankara TANAP layihəsini tezləşdirməyi qərara alıb. Məqsəd rus qazından imtina edəcəyi təqdirdə, yaranacaq boşluğu Azərbaycan qazıyla doldurmaqdır. Sözsüz ki, Rusiya bu məsələyə laqeyd qalmazdı.

Görünür, Xəzərdəki hərbi təlimlər də bununla bağlıdır.

Heydər Oğuz

Strateq.az