XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 12:13

Moskva MDB-nin türk dövlətlərini Türkiyəyə qarşı çıxarır: KTMT-dən Ankaranı cəzalandırmağa dəstək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı.jpg

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Hərbi Komitəsi çərşənbə günü Rusiyanın Suriyadakı fəaliyyətini və Türkiyəyə qarşı tətbiq olunan tədbirləri müzakirəyə çıxaracaq.

Strateq.az bildirir ki, bu barədə KTMT-nin rəsmi saytında məlumat verilib.

Dekabrın 9-da keçiriləcək iclasa komitənin rəhbəri, Ermənistan ordusunun Baş Qərargahının rəhbəri Yuri Xaçaturov rəhbərlik edəcək.

Toplantıda Ermənistan, Belarus, Qazaxstan, Qırğızstan, Tacikstan və Rusiyanın baş qərargah rəisləri iştirak edəcək.  İclasa həmçinin KTMT-nin baş katibi Nikolay Bordyuja və qurumun birləşmiş qərargahnının rəhbəri Anatoli Sidorov da qatılacaq.

“İclas zamanı bir sıra vacib məsələlər müzakirə olunacaq. Bura Rusiyanın Suriyadakı fəaliyyəti, Türkiyənin xaincəsinə hərəkəti müzakirə olunacaq”, – deyə sənəddə bildirilir.

Toplantı iştirakçıları həmçinin KTMT-nin cavabdehliyi altında olan olan zonalardakı  hərbi təhlükələrlə bağlı məsələləri müzakirəyə çıxaracaqlar.  

Göründüyü kimi, iclasın gündəliyi kifayət qədər radikal və provokativdir. Moskva 2 türk respublikasını Türkiyəyə qarşı qoymaqla Ankaranın Orta Asiya dövlətlərindəki nufuzu ilə bağlı təhlillərində yanıldığını nümayiş etdirmək istəyir.  KTMT eyni zamanda “cavabdehliyi altında” saydığı zona dedikdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanı da nəzərdə tutur.

X. Səfəroğlu

Strateq.az