XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 December 2015 - 12:20

6 nəfərin cəsədi tapıldı – FHN məlumat yaydı (Adlar)

“Günəşli” yatağında baş vermiş qəza zamanı itkin düşmüş şəxslərdən altısının cəsədi tapılıb.

Strateq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib və həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.  

Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq, aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq.

 Axtarış əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.