XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 16:59

Xırdalanda su kəməri sıradan çıxdı: Abşeron susuz qaldı

su kemeri.jpg

 

Xırdalan şəhərinin su təchizatında problem yaranıb.

 “APA-Economics” xəbər verir ki, günün ikinci yarısında Qalubiyyə küçəsindəki 400 mm diametrli su borusunun partlaması nəticəsində Abşeron rayonunun inzibati mərkəzi olan şəhərin böyük hissəsi susuz qalıb.

“Azərsu” ASC-nin Qəza xidmətindən “APA-Economics”in hadisə yerində olan əməkdaşına bildirilib ki, qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər görülür: “Ən yaxşı halda, su təchizatı sabah bərpa olunacaq”.