XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 December 2015 - 05:43

Neftin ucuzlaşması Azərbaycan üçün iqtisadi risklər yaradır

neft fond.jpg

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar artaraq 37,78 dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,24 dollar artaraq 40,97 dollar olub.

Son 7 ildə neftin qiymətinin minimum səviyyəyə düşməsi artıq dünya bazarlarına əks-səda verməyə başlayıb. Dünən ABŞ Fond indeksələri geriləyib. Dow Jones indeksi 0,66%, NASDAQ  0,79%,&P 500 0,7% aşağı düşüb.

Neftin ucuzlaşması neft hasilatı ilə məşğul olan ölkələr üçün də aşır problemlər vəd edir.

Rusiyanın iqtisadiyyat naziri Aleksey Ulyukayev neft qiymətlərinin 40 dollar səviyyələrində qalmasının ölkə iqtisadiyyatındakı yaxşılaşmaya mane olacağını bildirib.

Ulyukayev qiymətlərin bu səviyyədə qalmasının bank sektoru və ya büdcədə bir risk yaratmasa da, iqtisadi artımı iflasa uğrada biləcəyini dilə gətirib.

Bir televiziya kanalına müsahibə verən rusiyalı nazir, neft qiymətlərində dalğalanmanın gələn ilin ikinci yarısında azalacağını və müsbət dinamikaların geri gələcəyini proqnozlaşdıraraq, 2016-cı ildə neftin orta qiymətinin 50 dollar/barel olacağını gözlədiyini deyib.

Ulyukayev “əgər gələn il qiymət orta hesabla 40 dollar/barel səviyyəsində qalarsa əsas iqtisadi göstəricilər, sənaye istehsalı, iqtisadi artım, investisiya və istehlakçı tələbində müsbət trendə keçə bilmərik”,- deyə qeyd edib.

Neft qiymətləri OPEC-in mövcud neft istehsalı siyasətini davam etdirməyə qərar verməsinin ardından rekord qlobal təklif çoxluğunun şiddətlənəcəyi gözləntisi ilə altı ildən artıq müddətin ən aşağı səviyyəsinə düşüb. Brent neftinin qiyməti 40,63 dolları, ABŞ xam nefti isə 37,55 dolları görüb.

Bu ilin 2-ci rübündə 4.6% geriləyən Rusiya iqtisadiyyatı ilin 3-ci rübündə 4.1% geriləmişdir. Nazir Ulyukayev bu il iqtisadiyyatın 3.7% azalacağını proqnozlaşdırır.

Azərbaycan üçün də neftin qiymətinin aşağı düşməsi iqtisadi risklər yaradır. Xatırladaq ki, Azərbaycanın 2016-cı il büdcəsi xam neftin satış qyməti 1 barrel üçün  50 dollar hesablanıb. 2016-cı il dövlət büdcəsində qeyri-neft gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisi 46.5%  proqnozlaşdırılmışdır.

Strateq.az