XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2015 - 09:48

Bağdadinin ələ keçən müavini: “İŞİD-ə İsrail və bəzi qərb ölkələri dəstək verir”

El-Baqdadi-BBC.jpg

“İŞİD-in maliyyə ehtiyatı yalnız neftin satılması yolu ilə əldə olunmur. İsrail və bəzi ərəb,  qərb ölkələri bu qrupa maliyyə dəstəyi verir”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu barədə məlumatı İraqın “Bərasa” Xəbər Agentliyi yayıb. Agentliyin məlumatına görə, İraq təhlükəsizlik qüvvələri tərəfindən həbs olunan İŞİD başçısı Əbubəkr Bağdadinin müavinlərindən biri bunu dindirmə zamanı etiraf edib.

İraq vətəndaşı və Səddam Hüseynin rəhbəri olduğu sabiq BƏƏS partiyasının üzvlərindən olan bu terrorçu istintaqa verdiyi ifadəsində bildirib ki, İŞİD digər ölkələrdən də maliyyə dəstəyi alır. Belə ki, Qətər ildə 120 milyon dollar, Ərəbistan 50 milyon dollar, Birləşmiş Ərəb Əmirlikləri 35 milyon dollar və Bəhreyn 12 milyon dollar pulla bu qrupa kömək edir.

Bağdadinin müavinin sözlərinə görə, Küveytin İŞİD-ə dəstəyinin maliyyə həcmi də 1 milyon 850 min dollardır. Bu maliyyə dəstəyi həmin ölkələrin iş adamları tərəfindən İŞİD-ə göndərilir. İsrail və bəzi qərb ölkələri də İŞİD-ə maliyyə yardımı edirlər.

Bağdadinin müavini həmçinin etiraf edib ki, İŞİD-in təxminən 52 min üzvü var. Onların 22 min nəfərinin maaşı İŞİD-in bölgə üzrə başçıları tərəfindən, qalan şəxslərin maaşı isə İŞİD-i dəstəkləyən ölkələr tərəfindən ödənilir.

Bağdadinin müavini həmçinin etiraf edib ki, bu qrupa hərbi təchizat, avtomobillər, qüvvələrin daşınması üzrə maşınlar, həmçinin tibbi xidmətlər, dərman və ilkin yardımlar Türkiyə vasitəsi ilə təmin olunur.