XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 04:53

Gürcülər və ukraynalılar Avropaya vizasız gedəcəklər

avropa.jpg

Avropa Komissiyası Gürcüstan və Ukraynada islahatların aparılmasının müsbət qiymətləndirildiyi hesabat hazırlayır. Brüsseldə hər iki ölkə vətəndaşları üçün Avropa İttifaqına vizasız gediş-gəlişin mümkün olmasına “yaşıl işıq yandırmaq” niyyəti var. Bu barədə Almaniyanın “Die Welt” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, hər iki ölkə üçün 2016-cı ilin ortalarından başlayaraq vizasız rejim qüvvəyə minə bilər.

Dekabrın 15-də isə Avropa Komissiyası Ukrayna və Gürcüstanda islahatların gedişi ilə bağlı hesabat açıqlayacaq. Böyük ehtimalla hesabatda islahatların aparılması müsbət qiymətləndiriləcək.

Bununla belə, Brüsseldə hesab edirlər ki, vizasız rejimin reallaşması üçün Kiyev bir çox sahələrdə islahatları sürətləndirməlidir. Xüsusən, korrupsiyaya qarşı mübarizə sahəsində ciddi addımlar atılmalıdır.

Vizasız rejim isə hər iki ölkə vətəndaşları üçün 6 ay ərzində Şengen zonasında 3 ay vizasız qalmaq imkanı verəcək. Amma Aİ ölkələrində işləmək qadağan olunacaq.

Strateq.az