XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 05:16

Rusiya rublu dollar qarşısında 75 rubla düşəcək

dollari.jpg

“Marja” Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkədəki analitiklər, dekabrın sonunda rublun məzənnəsinin hər dollar üçün 75 rubl olacağını ehtimal edirlər.

Buna səbəb olaraq, Rusiya Mərkəzi Bankının 2015-cu il dekabr ayının 11-də keçirəcəyi növbəti iclasında faiz dərəcələrini dəyişməyəcəyinin gözlənilməsi və dünya iqtisadiyyatının artım tempinin azalması fonunda hasilatın artması ilə neftin qiymətinin daha da aşağı düşəcəyi göstərilir.

Qeyd edək ki, dünən axşam brent nefti son 7 ildə ilk dəfə 40 dollardan aşağı düşərək 39,85 dolları görüb. Həmin vaxt USD/RUB cütlüyü 69,86 rubl səviyyəsinə çıxıb.

Qeyd edək ki, Rubl, Dollar ilə bərabər Azərbaycan manatı qarşısında da dəyərdən düşür. Dekabrın 8-də 1 Rusiya rublu 0.0152 manata bərabər olub. Halbuki bu ilin Mayında 1 rubl 0.0210 manata bərabər idi. 21 fevraldakı devalvasiya ilə 1 Rubl 0.0170 manata bərabər edilmişdi. Devalvasiyadan öncə 1 rubl 0.0120 manata qədər düşmüşdü.