XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 07:35

Ziya Məmmədova tabe olan – böyük bir şirkət ləğv olundu

ziya.jpg

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində olan şirkət fəaliyyətini dayandırıb.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Avtomobil Yük Daşımalarının təşkili” MMC-nin  ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, H.Məmmədov küçəsi 5 ünvanına bildirə bilərlər.

Strateq.az bildirir ki, Nəqliyyat Nazirliyinin tabeliyində olan bu şirkət kifayət qədər böyük səlahiyyətlərə malik olub.

Cəmiyyətin əsas vəzifəsi və fəaliyyətinin istiqaməti Bakı şəhərində sərnişin nəqliyyatı sisteminin təkmilləşdirilməsi və şəhər sərnişin (avtobus və taksilərlə) daşımaları sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə tədbirləri təşkil etmək tapşırılıb. 

Qurum demək olar ki, Bakı şəhəri üzrə bütün təyinatlı avtomobillər üzərində qərar vermək səlahiyyətinə malik olub.

 “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC şəhərdaxili sərnişin daşınmasında taksi fəaliyyətinə cavabdehlik daşıyıb.

Qurum həmçinin nəqliyyat sektorunda aparıcı və məsuliyyətli sahələrdən biri olan şəhərlərarası və beynəlxalq sərnişindaşımanı da  təşkil edib. “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin əsas vəzifələrindən biri bu sahədə Nəqliyyat Nazirliyi tərəfindən verilmiş xüsusi lisenziya əsasında fəaliyyət göstərən nəqliyyat subyektlətinin fəaliyyətinə nəzarət etməkdən ibarət olub.

Qeyd edək ki, “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin mütəxəssisləri I Avropa Oyunları üzrə Əməliyyat Komitəsinin yığıncaqlarında aparılan müzakirələrdə yaxından iştirak ediblər.