XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2017 - 13:09

Avropa Şurasının rəhbəri istintaqa çağırıldı –Səbəb

Avropa Şurasının rəhbəri Donald Tusk Polşada yenidən prokurorluğa çağırılıb.

Bu barədə “TVN24” informasiya yayıb.

Donald Tuskun prokurorluğa çağırılması daha əvvəl şahid olaraq ifadə verdiyi araşdırma prosesi ilə bağlı olmayıb. Mənbənin məlumatına görə, Tuska avqustun 3-də prokurorluqda olması tapşırılıb. Onun hansı əsasla çağırılması barədə informasiya verilməyib.

Xatırladaq ki, Donald Tusk aprel ayının 19-da Rusiya və Polşa əks-kəşfiyyat idarələrinin əməldaşlığı işi ilə bağlı izahat alınması üçün ilk dəfə prokurorluğa çağırılmışdı/Axar.az.