XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 08:41

Təsadüflər, yoxsa təxribatlar?- İl ərzində baş verənlərlə bağlı açıq qalan sual

texribat esas.jpg

İl sona yaxınlaşdıqca onun ictimai həyatda qoyduğu izləri xatırlayıb yada salmaq da aktuallaşır. 2015-ci il ölkəmiz üçün böyük tənətənə ilə keçən 1-ci Avropa Oyunlarının dünyaya səs salan uğuru ilə yanaşı, bir sıra rezonans doğuran hadisələrlə də yadda qaldı.

Bu hadisələrdən sonuncusunu 6 gün əvvəl yaşadıq. “Günəşli” neft yatağının 10-cu platformasında baş vermiş yanğın nəticəsində 30 nəfər neftçi həyatını itirdi.

ötən ayın sonunda ölkənin əsas internet provayderi  “Delta Telekom” şirkətində baş vermiş yanğın səbəbindən ölkə 6 saat internetsiz qaldı. Son 20 ildə vətəndaşlar heç vaxt bu qədər uzun muddətə internetin kəsilməsinin şahidi olmamışdılar.

Son günlər Nardaranda baş verənlər də geniş müzakirə predmetinə çevrilib.  Azərbaycan hüquq-mühafizə orqanları ilk dəfə idi ki, ölkədə bu formada xüsusi əməliyyat keçirmək məcburiyyətində qaldılar.

“Günəşli” yatağında baş vermiş faciə, “Delta Telekom”dakı yanğın, Nardarandakı proseslər, bundan qabaq da ciddi rezonans doğran hadisələrin baş verməsi çox ciddi suallar yaradıb. 

Bir sıra ekspertlərin qənaətincə dünyada kəskinləşən geopolitik qarşıdurmada hansısa qüvvələr Azərbaycanı da müəyyən proseslərə bağlamağa çalışırlar.  Təhlilçilər analizlərə söykənərək 2015-ci ildə ölkədə baş verən bir çox hadisələrin səbəblərinin  bununla əlaqələndirirlər.  Bu hadisələr  hansısa  qüvvələrin təxribat cəhdi kimi qiymətləndirilir. Hadisələrin baş verməsi şəraitini, zamanını təhlil edərkən hansısa qüvvələrin Azərbaycan ətrafında neqativ fon yaratmağa, təzyiq göstərməyə cəhd etməsi təəssüratı yaranır.

KİV-də, sosial şəbəkələrdə bu versiya daha açıq və geniş müzakirə olundu. Qəribədir ki, bu hadisələr Azərbaycanın beynəlxalq tədbirlərdə iştirakına hazırlıq dövründə, yaxud geopolitik müstəvidə böyük güclərin rəqabətinin kəskinləşdiyi və regionda cərəyan edən mühüm siyasi psoseslər fonunda baş verir. Məsələn, son günlər Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi dövrdə Nardaran hadisələrini regionda əsas söz sahibi olan Azərbaycanı “əsəb müharibə”sinə çəkmək çəhdi kimi də qiymətləndirənlər az deyil.

Binəqədidəki hündürmərtəbəli binada baş verən yanğın bütün ölkənin ciddi hazırlaşdığı və hazırıq işlərinin son mərhələyə qədəm qoyduğu Avropa Oyunlarına hazırlıq vaxtı və Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrinin çox mühüm Riqa sammitindən 1 gün əvvəl baş verməsi diqqət çəkirdi.

Bu hadisədən dərhal sonra iyunun 5-də Sumqayıtda mərhum prezident Heydər Əliyevin əks olunduğu posterin müəmmalı şəkildə yanması, arxasınca elə həmin gün Qaraçuxur qəsəbəsində şəxsi avtomobillərə od vurulması bu müəmma zəncirini daha da uzadırdı. Qaraçuxurda iki ay ərzində 17 avtomobil yandırıldı. Bu hadisələrin rezonansı bitməmiş 11 iyunda 1-ci Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gələn əcnəbi idmançıları daşıyan avtobus qəribə şəkildə qəza törətdi. Nəticədə 3 idmançı ciddi xəsarət aldı.

Bir daha qeyd edək ki, ilin sonunda baş verənlər ilin əvvəlindəki hadisələrə yeni baxış və yanaşma ilə baxmaq zərurətini yaradıb. Artıq əvvəl heç cür təxribat ehtimalını yaxına buraxmaq istəməyənlər üçün də indi bu qeyri-adi görünmür…

Son günlər baş vermiş hadisələrlə yanaşı, ilin əvvəlinə qayıtsaq və “Azadlıq” prospektindəki binada baş vermiş yanğın hadisəsinə nəzər salsaq, yuxarıda qeyd edilənlərlə bağlı daha aydın mənzərə yarandığının şahidi oluruq.

Bütün bu baş verənlərin nə məqsədlə, necə törədilməsinin aydın izah olunmaması da, “nə isə düz deyil” qənaətini yaradır.

Cəmiyyəti narahat edən sualları, şübhələri, faktları qeyd etdik. Bu məqamları vurğulamağımız təsadüfi deyil, faktları diqqətlə götür-qoy etdikdə, araşdırdıqda hər şeyin ilk baxışda göründüyü, təqdim edildiyi kimi olmadığı aydınlaşır. Bir çox hallarda həqiqətlər adətən ilk baxışda görünənlərin arxasında gizlənir.

Yuxarıda qeyd etdiyimiz kimi, ilin sonundan başlayaraq əvvəldən baş vermiş hadisələrin ciddi analizi, soyuq başla təhlili təxribat versiyasının heç də konspiroliji nəzərəriyyələrin tərəfdarlarının xəyal gücünün məhsulu olmadığını da deməyə əsas verir. Eyni zamanda bu versiyanın indi daha ciddi araşdırlmasını zəruri edir. 

Bəlkə elə 19 mayda da “Azadlıq” prospektində terror aktı baş vermişdi?  6 aydan sonra olub-bitənləri təhlil edən çoxları yəqin ki, artıq birmənalı “yox” cavabı verməz. 

Sonda qeyd edək ki, bu gün də bu məsələlər, yuxarıda qeyd olunan suallar açıq qalmaqdadır.

Strateq.az 

texribat04.jpg