XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 09:26

Nardaranlı məşədi Natiq Kərimov saxlanılıdı: Baş Prokurorluğa aparıldı

natiq nardaran.jpg

Nardaran sakini Natiq Kərimov bu gün Nardaran qəsəbəsində qurulan postda saxlanılıb.

Bu barədə APA-ya N.Kərimovun oğlu Kamran Kərimov məlumat verib. O bildirib ki, atası həkimə gedərkən polis postunda saxlanılıb. Onun hara aparıldığı hələlik məlum deyil.

Digər sakinlər isə N.Kərimovun polis bölməsinə aparıldığını bildiriblər. Bir qədər sonra Nardaran sakini Natiq Kərimovun saxlanılmasının səbəbləri məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, N.Kərimov Nardaran hadisələri ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa aparılıb.