XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 12:36

Putin-Ərdoğan savaşı Qarabağa nələr vəd edir? – “Nezavisimaya qazeta”dan yeni təhlil

“Rusiya-Türkiyə münaqişəsi Cənubi Qafqazda vəziyyəti kəskinləşdirdi. Doğrudur, bu, Qarabağda müharibənin başlaması planı deyil. Lakin müharibə qorxuları sürətlə yayılır”.

Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazıb.

Nəşr qeyd edir ki, əsas qorxular Ermənistandan başlayıb:

“Xüsusilə o haqda ki, Moskva Ankara ilə birgə layihələri bərpa etmək və reallaşdırmaq istəyir. Türkiyə də bunun qarşılığına Qarabağ münaqişəsində Azərbaycanın xeyrinə qərarın verilməsini tələb edə bilər”.

Məqalədə qeyd olunur ki, Bakının durumu daha incədir: 

“Azərbaycan iki regional liderin arasında vasitəçi olmaq istəyir, çünki münaqişənin genişlənməsi onun da maraqlarına ziddir. Türkiyə ilə Azərbaycan qardaşdır və bu qardaşlığı əməli fəaliyyət müşahidə edir. Bununla yanaşı, Azərbaycanən Rusiya ilə da sıx siyasi və iqtisadi tərəfdaşlığı var”.
 
“Nezavisimaya qazeta” yazır ki, türk-rus gərginliyi Gürcüstanın da marağına ziddir: “Rəsmi Tiflis Ankara ilə isti münasibətlərə sahibdir, eyni zamanda, Moskva ilə da əlaqələrin yoluna qoyulmasını istəyir. Belə görünür ki, Rusiya-Türkiyə münaqişəsi artıq Qafqaza çatır. Bölgə ölkələri anlayırlar ki, hadisələr onların iştirakı olmadan inkişaf edəcək. Halbuki bu, onların maraqlarına toxuna bilər”.

Publika.az