XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

30 İyul 2017 - 11:00

ABŞ-ın vitse-prezidenti Baltikyanı ölkələrə ikigünlük səfər edib –3 ölkənin lideri ilə görüşəcək

Bu gün ABŞ-ın vitse-prezidenti Maykl Pensin Estoniyanın paytaxtı Tallinə ikigünlük səfəri başlayır.

“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, iyulun 30-da M.Pens Estoniyanın baş naziri Yuri Ratas ilə görüşəcək.  

Bazar ertəsi ABŞ-ın vitse-prezidenti Estoniya prezidenti Kersti Kalyulayd ilə kibertexnologiya və innovasiyalara həsr olunan “dəyirmi masada” iştirak edəcək. Daha sonra M.Pens K.Kalyulaydla birgə Latviya prezidenti Raymond Veyonis və Litvanın dövlət başçısı Dalya Qribauskayte ilə görüşəcək.

Məlumata görə, tərəflər regionda təhlükəsizlik, ABŞ-la Baltikyanı ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri, həmçinin NATO-nun 2018-ci ildə keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər. 

APA