XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 05:31

Meyvə-tərəvəzin qiymətini onlayın öyrənin

meyve bazar.jpg

Kənd Təsərrüfatı Nazirliyi www.azagro.net adlı qiymət informasiya portalını istifadəyə verib.

Nazirliyin yaydığı məlumata görə, portalda 46 adda meyvə, tərəvəz və bostan məhsullarının 400 növü üzrə, həmçinin məhsulların iri, orta, xırda ölçülərinə görə əlavə olaraq hər növün çeşidi üzrə gündəlik yenilənən məlumat bazası olaraq, tam fəaliyyət göstərir.

Avqust ayından etibarən test rejimində fəaliyyət göstərən məlumat bazası dekabrın 1-dən Bakı şəhəri ilə yanaşı regionlarda da fəaliyyət göstərən 19 pərakəndə, 5 topdan satış bazarından gündəlik olaraq toplanan məlumatlar əsasında yenilənir. Məlumat bazasına Nazirliyin internet səhifəsi vasitəsilə də daxil olmaq olar.

Növbəti mərhələdə Kənd Təsərrüfatı Nazirliyinin qiymət məlumat bazası heyvandarlıq, taxılçılıq, texniki bitkilər və digər kənd təsərrüfatı məhsulları üzrə qiymətləri, habelə fermerlərin sahədən satış qiymətlərini özündə əks etdirəcək.

marja.az