XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 11:34

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyəyə xəbərdarlıq etdi: “Terror hazırlanır!”

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyə hökumətinə ölkədəki rus turistlərə hazırlanan teraktla bağlı xəbərdarlıq edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, idarə teraktın dörd fələstinli tərəfindən həyata keçiriləcəyini, onlardan birinin İŞİD-in «canlı bomba»sı olduğunu açıqlayıb. Terrorçulardan 3-nün adı məlumdur – Camas Daqmaş Məhəmməd Mümtaz, Auman Nofəl Əhməd Abdalla, Rafət Abbas.

Mərkəzi Kəşfiyyat İdarəsindən onu da bildiriblər ki, bu şəxslərin oktyabrın 31-də Misirdə Rusiyaya məxsus sərnişin təyyarəsinin partladılmasında da iştirakı istisna deyil.

ABŞ kəşfiyyatı hazırda Türkiyədə Əbu Xalid adlı terrorçunun gizləndiyini də bildirir. Camal Nasa kimi də tanınan bu terrorçu Türkiyə ərazisində terror aktları həyata keçirməyə çalışır.