XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 12:59

Daha bir Dövlət Komitəsi ləğv edilir? – Ciddi ixtisarlara start verildi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilməsi üçün islahatlara başlanılıb.

Artıq Komitənin bir neçə alt qurumu ləğv edilib və çoxlu işçi ixtisar olunub. Son bir neçə ay ərzində Komitənin 200-ə yaxın əməkdaşı işdən azad edilib. Təxminən 3-4 ay öncə başlayan islahatlarla Komitənin “Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu”nda, Aparata daxil olan şöbələrdə və digər Xidmət İdarəsində 100-ə yaxın işçi vəzifəsindən azad olunub.

Komitənin daxilində olan “Təcrübə-Sınaq Mərkəzi”nin də son bir ay ərzində paytaxtda yerləşən idarəsindən 60-a yaxın, Gəncədəki şöbəsindən isə 20-ə yaxın işçi ixtisar edilib. Mərkəzin Sertifikat şöbəsi tamamilə ləğv edilib. Hazırda Komitənin ləğv edilməsi istiqamətində işlər görülür. Komitəyə daxil olan idarələrin digər oxşar nazirliklərə birləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdu.

qafqazinfo.az