XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2015 - 13:43

Keşiş və ravvinlərə Azərbaycanda mərasim aparmaq qadağan edilməyib – Dövlət Komitəsi

kesis ravin.jpg

Xaricdə dini təhsil almış şəxslərə Azərbaycandakı xristian, katolik kilsələrində və sinaqoqlarda mərasim aparmaq qadağan edilməyib.

Bu barədə strateq.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

Onun sözlərinə görə, bu günlərdə “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik xarici ölkələrdə dini təhsil alan xristian, yəhudi və digər dinlərə mənsub olan vətəndaşlara şamil edilməyəcək. 

“Dini etiqad azadlığı haqqında” Qanunda edilmiş son dəyişikliyə əsasən,   xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağandır”.

Sədr müavinin sözlərinə görə, qanunda edilmiş dəyişiklik isə bundan əvvəlki dövrə aid edilməyəcək. 

“Göründüyü kimi, bu müddəa digər dinlərə mənsub dini qurumlara aid edilmir. Əvvəldə qeyd etdiyim kimi, İslam dini ilə bağlı din xadimi hazırlayan təhsil müəssisələrimiz olsa da, nəzərə almalıyıq ki, ölkəmizdə nə xristianlıq, nə yəhudilik, nə də digər dinlərə aid din xadimi hazırlayan təhsil ocağı var”.

Xatırladaq ki, dəyişikliyə əsasən, islam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Yeni qaydalara əsasən,  xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının  islam dininə aid ayin və mərasimləri aparması qadağan ediləcək. Buna görə “Cinayət Məcəlləsi”nə də müvafiq əlavə (168-1 maddə) ediləcək. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Fərqanə Allahverdiqızı

Strateq.az