"Məni Ukrayna vətəndaşlığından məhrum etmək Rusiya üçün ən böyük hədiyyə oldu".
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.
Qeyd edək ki, Ukrayna hökuməti bir müddət əvvəl Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Saakaşvili isə Ukrayna vətəndaşlığından məhrum olmasının onun siyasi mübarizəsinə təsir etməyəcəyini bildirib/Axar.az.