XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 03:19

Sensasion iddia: Putin 43 il əvvəl xüsusi tapşırıqla Türkiyədə olub və ələ keçib

putin-33.jpg

Rusiya Prezidenti Vladimir Putinin 43 il öncə Türkiyədə KQB agenti kimi işlədiyi üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatına Putinin “Tüpraş” neft emalı şirkəti  qurulan zaman iş yoldaşı olmuş Adəm Albayraq deyib.

Məlumata görə, həmin illərdə Sovet texnikası ABŞ-dan bir xeyli geriydi və “Tüpraş” şirkətinin qurulmasında nüfuzlu ABŞ şirkəti də işləyirdi. Məhz SSRİ ABŞ-ın yeni texnologiyalarını təqib etmək üçün gənclərdən faydalanmaq istəyir və Putini xüsusi tapşırıqla Türkiyəyə göndərir. O, şirkətdə işləyən rus işçilərin rəhbəri olur.

Putinin iş yoldaşı Adəm Albayraq həmin illəri belə xatırlayır:

“”Tüpraş”ın qurulmasında rus işçilər də işləyirdi. Putin onlar arasında ən önəmli şəxsi idi. 20 yaşlı bu gənc şübhəli təsir bağışlayırdı. Bizim yanımızda çox qalmazdı. çox soyuq adam idi. Tək qalmasın deyə yaxın olmağa çalışırdım. Qürbətdə olduğu üçün ona yazığım gəlirdi. Biz ona “Poti” deyirdik. Putinin agent olmasından şübhələnirdik. Putinin dostu İlya ona böyük müdir deyirdi. 40 yaşlı İlyanın ondan çəkinməsi qəribə gəlirdi. çox güman ki, o da Putinin KQB tərəfindən göndərildiyini düşünürdü. Putin davamlı olaraq zavodların şəkillərini çəkirdi. Bir gün gizli yerlərin şəklini çəkən zaman tutuldu. Onun yoldaşı Sibirə göndərilməkdən qorxduğu üçün özünü asdı. Putinin isə deportasiya edildikdən sonra Sibirə göndərildiyini eşitdim. Türkləri sevmədiyini həmin vaxt da göstərmişdi. İndi etdiklərindən təəccüblənməyin”. 

put-22.jpg