XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 07:55

“Hamısı qanun qarşısında cavab verəcək…” – General Mədət Quliyevdən önəmli mesajlar

Milli təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən son hadisələrə münasibət bildirib.

M. Quliyev qeyd edib ki, Milli Təhlükəsizlik Nazirliyində işdən çıxarılan şəxslərin yerinə təyinat yox, əksinə ixtisarlar aparılmalıdır: “Biz hesab edirik ki, milli təhlükəsizlik nazirliyinin heyəti sayca az və operativ olmalıdır. Mən vəzifəyə təyin olunandan 250 yararsız əməkdaş vəzifədən kənarlaşdırılıb”.

M. Quliyev həmçinin qeyd edib ki, əvvəllər müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırılan bacarıqlı əməkdaşlar yenidən xidmətə cəlb edilir.

O, MTN-də baş verənlərlə bağlı başlanmış cinayət işinin gedişindən də danışıb: “Hazırda cinayət işi davam etdirilir və orda adı keçən fiqurlar, təbii ki, günahı sübuta yetirilərsə, həbs ediləcəklər. Bu işdə kim qanunu pozubsa, qanun qarşısında cavab verəcək”. 

APA