Yaponiyanın iqtisadi bərpa naziri Akira Amari bildirib ki, neftin qiymətinin azalması dünya iqtisadiyyatına mənfi təsir göstərə bilər.
Bu barədə A.Amari dekabrın 11-də Tokioda hökumətin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Nazir deyib:
“Əgər neft hasilatçısı olan ölkələrin iqtisadiyyatı inkişafdan qalarsa bu, bütün dünya təsərrüfatına mənfi təsir göstərəcək”.
A.Amari etiraf edib ki, neftin ucuzlaşması Yaponiya kimi benzinin qiymətinin yeddi həftədir dayanmadan endiyi ölkələr üçün sərfəlidir, lakin onun qiymətinin hədsiz aşağı düşməsi qlobal iqtisadiyyatda balansı poza bilər.
Nazir, həmçinin qeyd edib ki, hazırda hər yerdə xammalın qiymətinin aşağı düşməsi, Yaponiyada inflyasiyanı 2 faiz həddinə çatdırmaq planlarını da pozur.