XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 14:07

“Zaman axarında”: SSRİ-nin boş piştaxtaları və Siyasi Büronun əldən düşmüş “ulduzlu” qocaları – FOTO

brejnev orden.jpg

1991-ci ilin soyuq dekabr günlərində dünyanın supergüclərindən olan SSRİ suqut etdi. 70 illik “Sovet əfsanəsi” bitdi. İndi bu tarix barədə ən müxtəlif münasibətləri eşitmək olar: Kimi bunun baiskarlarını lənətləyir, kimi də imperiyanın çöküşündən məmnundur.

Amma hamını bir sual ilk gündən düşündürürdü:  

Nəhəng SSRİ özünün bu boyda potensialı ilə necə çökə bildi?

Cavablar müxtəlif variantlarda olsa da, nəticə birdir: Hüquqsuz vətəndaş  və boş piştaxtalarla böyük ideologiya daşıyıcısı olmaq qeyri-mümkündür.  

“Zaman axarında” sizə təqdim etdiyimiz foto SSRİ-nin siyasi elitasının bir tablosudur. Əldən düşmüş qocaların yaxalarında bərq vuran ordenlər isə SSRİ-nin saxta parıltısının sanki nümayişidir.

19 dekabr. 1981-ci il. Kremldə növbəti mükafatlandırma. Sov.İKP-nin baş katibi, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri, Sovet İttifaqı marşalı Leonid İliç Brejnevə dördüncü dəfə “Sovet İttifaqı Qəhrəmanı” Fəxri adı təqdim olunur.  Mərkəzi Komitənin İdeologiya katibi Mixail Suslov əli titrəyə-titrəyə kağızdan təbriki oxuyur.

Kreml qocalarının növbə ilə bir-birinin yaxalarına orden asmalarına SSRİ-də hamı öyrəşmişdi. Dövlət ilk baxışdan hədddən artıq möhkəm və yenilməz görünürdü. Ancaq heç kimin ağlına gəlmirdi ki, 10 ildən sonra  bu “karton ayaqlı nəhəng” çökəcək. Fotoya diqqətlə baxın. İndi həmin qocaların arxasından baxan o keçəl, başında xal olan şəxsin rəhbəriyi altında…

Fotoda arxada dayanan və baxışlarındakı ironiya açıq görünən Mixail Qorbaçov hələ özü də bilmir ki, tarix onu hansı məqam üçün “müqəddəs yer”ə hazırlayır…

X.Səfəroğlu