XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2015 - 09:56

Allahşükür Paşazadə: “…Yığışıb Azərbaycan dövlətini yıxmaq istəyirlər”

seyx.jpg

“Taleh Bağırzadə kimi adamlar yığışıb Azərbaycan dövlətini yıxmaq istəyirlər. Axı onlar bu dövlət, bu xalq üçün nə ediblər ki, belə bir iddiaya düşüblər?! çox təəssüf ki, onlar islamdan istifadə edirlər”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Heydər məscidində Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.

 O bildirib ki, ətrafda olan bəzi dövlətlər Azərbaycanın firavanlığını həzm edə bilmir: “Bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr bizim daxilimizdə din amilindən istifadə edib çaxnaşma salmaq istəyirlər. İslam qardaşlıq dinidir. Mən çoxlu dövlətlərdə olmuşam. Biz şükür etməliyik ki, ölkəmizdə firavanlıq hökm sürür, bu firavanlığı qoruyub saxlamalıyıq. Bəzi qanunlar qəbul edilirsə, qanunlara əlavə və dəyişiklik edilirsə, deməli, belə məsləhətdir. Hər dövlət öz təhlükəsizliyini qorumalıdır”. 
  
QMİ sədri Azərbaycan prezidenti İlham Əliyevin Nardaran qəsəbəsinin inkişafına 12 milyon manat pul ayırmasına da münasibət bildirib: “Bəziləri deyir ki, guya Nardaranı istəmirlər. Amma cənab prezident Nardaranın inkişafı üçün 12 milyon manat pul ayırıb. Xüsusən biz dindarlar bu münasibətə qiymət verməliyik”.