XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 December 2015 - 10:30

Diktator Pinoçetin cəlladı həbs olundu: Canlı yayıma çıxması onu ələ verdi

pinocet.jpg

çilinin hüquq mühafizə orqanları yerli radiostansiyanın canlı yayımında Auqusto Pinoçetin diktatura rejimi dövründə siyasi məhbusları güllələdiyini etiraf edən şəxsi saxlayıblar.

Vesti.ru saytının verdiyi xəbərə görə, hüquq mühafizə orqanlarınin əməkdaşları 62 yaşlı avtobus sürücüsü Gilyermo Reyes Rammsini radioya zəng etdiyi telefon nömrəsi ilə tapıblar. O, canlı yayımda 1973-cü ildə 10 nəfərdən çox insanı güllələdiyini, sonradan isə cəsədləri partlatdıqlarını etiraf edib.

Gilyermo Reyes Rammsi Santyaqoya aparılıb. Burada onu çilinin məşhur hakimi, insan haqlarının pozulması işləri üzrə mütəxəssis Mario Karrosa dindirəcək.

Rəsmi məlumata əsasən, Pinoçetin diktatorluğu dövründə (1973-1990) çilidə siyasi motivlərə görə 3225 nəfər öldürülüb və itkin düşüb, 37 mindən çox insan isə müxtəlif növ ağır işgəncələrə məruz qalıb.