XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2015 - 16:43

Rusiya müxalifətinin lideri Putinə səsləndi: “Bəşər Əsədin harası legitimdir?”

kasyanov.jpg

“Rusiya Suriyadakı əməliyyatlarda iştirak etməlidir. Biz BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi bunu etməyə borcluyuq”.

Strateq.az bildirir ki, bu sözləri Rusiyanın müxalifət partiyası olan PARNAS-ın  sədri, eks baş nazir Mixail Kasyanov “Exo Moskvı” radiosuna verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə “Əl-Qaidə” 2001-2002-ci illərdə sivil dünyaya qarşı müharibə elan edəndə Moskva bir dəfə bu addımı atıb.  

“Bu gün bu, ikinci dalğadır”,- deyə o vurğualyıb.

Putinin Suriya məsələsində mövqeyini şərh edən M.Kasyanov bildirib ki, Rusiya prezidenti Bəşər Əsədi legitim prezident hesab etməsi onu beynəlxaq müstəvidə tək qoyub.

Əvvəla, əgər Bəşər Əsədin hansısa legitimliyi olubsa belə, 2011-12-ci illərdə ona qarşı çıxan xalqın dinc nümayişlərini güllə-baran etdikdən sonra bu legitimlik artıq itib. BMT onun öz xalqına qarşı kimyəvi silah tətbiq etdiyini sübut edib. Bundan sonra heç bir sivil dövlət onunla bir stol arxasında oturmayacaq”.

Eks baş nazirin sözlərinə görə, Putin tamam fərqli mövqe tutub. “Putin deyir ki, mən guya ABŞ-ın dəstəklədiyi rejim dəyişiklikliyinə imkan verməyəcəyəm. Ona görə Əsəd kim olur-olsun onu dəstəkləyəcəyəm. Bütün dünya isə deyir ki, belə cinayətkarların heç bir legitimliyi ola bilməz”

Kasyanov bunu baxış sisteminin fərqliliyi ilə izah edib.

Onun sözlərinə görə, Bəşər Əsəd Hafiz Əsədin oğlu olduğuna görə hakimiyyətə gətirilib. “Bəs Hafiz Əsəd iqtidara necə gəlib? 30 il əvvəl etdiyi dövlət çevrilişi yolu ilə. Onun bütün legitimliyi bununla bağlıdır”.

M.Kasyanovun sözlərinə görə Putinin belə tərsliyi və yanlış mövqeyi dünyaya problemi həll etməyə imkan vermir. “Təhlükə isə günbəgün artır”,- deyə o, vurğulayıb.

X.Səfəroğlu

Strateq.az