İranda bir qrup insan Azərbaycan Respublikasının Tehrandakı səfirliyi önündə etiraz aksiyası keçirib.
Strateq.az Səhər TV-yə istinadən bildirir ki, qadın və kişilərdən ibarət 70 nəfərlik dəstə səfilirk qarşısında toplaşaraq müxtəlif şüarlar səsləndiriblər.
Onlar səfirlikdən Nardaran hadisələri ilə bağlı izahat verilməsini tələb ediblər.
Tehran polisi səfirliyi qorumaq üçün binanın ətrafına çoxlu sayda polis qüvvələri gətirib.