XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 December 2015 - 07:14

Rusiyada xəstəxanada dəhşətli yanğın: 21 ruhi xəstə diri-diri yandı

 

ruhi xeste.jpg

Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 21-ə çatıb. 

Bu barədə “TASS”a Rusiya FHN-nin Regional Mərkəzindən bildirilib.  (APA)

“Hazırda yanğın qurbanlarının sayı 21 nəfərdir”, deyə qurumun mətbuat mərkəzindən bildirilib.  

Məlumata görə, hazırda itkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir.  ölənlərin əksəriyyətinin, əsasən, yataq xəstəsi olduğu bildirilir. 

Yanğın zamanı tibbi personalın xəsarət almadığı qeyd olunur: “Tibbi personaldan 4 nəfər xilas olunub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər”.  

Bundan əvvəl yanğın zamanı 9 nəfərin öldüyü bildirilmişdi.  

İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda  nasazlıq olub.

İnsidentlə əlaqədar  Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.