XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2015 - 07:21

“Günəşli” platformasından dənizə neft dağılmayıb: Yanğın davam edir

gunesli yanqin.jpg

“Günəşli” yatağındakı platformada baş vermiş qəza nəticəsində mümkün ekoloji problemlərin və neft dağılmalarının qarşısının alınması üçün tədbirlər görülür.

SOCAR-ın mətbuat xidməti bildirib ki, cümə günü FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Britaniyanın BP şirkətinin nümayəndələrinin iştirakı ilə yaradılmış işçi qrupunun iclası keçirilib.

İclas iştirakçıları mümkün ekoloji problemlərin və neft dağılmaları ehtimalının hesablanması və qarşısının alınması məsələlərini müzakirə ediblər.

Bu məqsədlə “Azerspace” peykindən ərazinin gündəlik çəkilişlərinin aparılması qərara alınıb .

İşçi qrupun üzvləri qəza yerində olublar, əraziyə baxış keçiriblər. Neft dağılmaları müşahidə edilməyib.

Hadisə yerinə neft dağılmalarının aradan qaldırılması üçün müasir texnikaya malik gəmilər çıxarılıb.

Platformada yanğının söndürülməsi davam edir.