Səudiyyə Ərəbistanı Krallığında şənbə günü keçirilən seçkilərdə ilk dəfə olaraq qadın bələdiyyə orqanlarına seçilib.
Strateq.az bildirir ki, bu barədə “Frans-Press”də seçki komissiyasına istinadən məlumat yayıb. Səlma bint Hizab əl-Oteybi öz yaşadığı Madraka yaşayış məntəqəsində bələdiyyə Şurasına seçilib.
Qeyd edək ki, Krallığın tarixində ilk dəfə olaraq qadınlar şənbə günü keçirilən seçkilərdə səs verib.
ölkə boyu təşkil olunan bələdiyyə seçkilərində namizəd olaraq qeydiyyatdan 978 qadın keçirilib. Kişi namizədlərin sayı 6 minə yaxındır.
1965-ci illə 2005-ci il arasında ölkədə seçkilər ümumiyyətlə keçirilməyib. Hazırkı seçkilər krallığın tarixində sayca üçüncü səsvermədir.
Səudiyyə Ərəbistanında qadınlar ictimai yerlərdə üzlərini aça bilmədiyi üçün, kişi namizədlərə də seçkiqabağı təşviqat kampaniyasında şəkillərini yaymaq qadağan edilib.