XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 07:58

Bakı Naxçıvana böyük həcmdə qaz verilməsi üçün İranla danışıq aparır – SƏFİR

pakain.jpg

İran və Azərbaycanın İqtisadi Komissiyası dekabrın 21-də Tehranda keçiriləcək.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu barədə  İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

“İran və Azərbaycanın müştərək İqtisadi Komissiyası 21 dekabrda Azərbaycanın İqtisadiyyat nazirinin iştirakı ilə Tehranda keçiriləcək”.

Möhsün Pakayin bildirib ki, İran və Azərbaycan arasında qaz mübadiləsinin həcmi 1 milyard kubmetrdir və il boyu davamlı olaraq mübadilə edilir.

“İran Xəzərin sahiliində Astara sərhədi vasitəsilə qazı Azərbaycandan alır və “swap” yolu ilə Naxçıvan Muxtar Respublikasına mavi yanacaq ötürür“.

M.Pakayinin sözlərinə görə, Naxçıvanın soyuq bir iqlimə malik olduğunu nəzərə alaraq, Azərbaycan Naxçıvana İran yolu ilə daha artıq qazın ötürülməsini istəyir. Bu istiqamətdə iki ölkə arasında müzakirələr həyata keçirilir.

İran səfiri vurğulayıb ki, İran və Azərbaycan enerji, ticarət və mədəniyyət sahələrində də geniş əməkdaşlıq imkanlarına malikdirlər və bu gün hər iki ölkə hökuməti bu əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində ciddi iradəyə malikdir.

Pakayin qeyd edib ki, İran və Azərbaycan öz coğrafiyasında bir-biriləri üçün bir növ körpü və Oman dənizindən Qara dənizə qədər uzanan bir dəhlizin yaradılmasında təkmilləşdirici rolunu oynaya bilərlər.

X.Səfəroğlu